Dünya futbolu

“İnter” – “Laçi” matçı Əliyevə tapşırıldı

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İnter” – “Laçi” matçının hakimləri bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, matçın baş hakimi olacaq Aleksandr Əliyevə həmyerliləri Sergey Vasyutin və Samat Terqeussizov köməklik edəcək. Dördüncü referi funksiyasını Denis İzmaylov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 9-da keçiriləcək “İnter” – “Laçi” oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Albaniyada baş tutan ilk görüş 1:1 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43