Dünya futbolu

“İnter” “Milan”nın rekordunu qırmağa hazırlaşır

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Milan” – “İnter” matçında rekord qırılıb.

İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komandanın azarkeşləri görüşə böyük maraq göstərib. 75 min 532 tərəfdarın izlədiyi matçda “Milan” bilet gəlirlərindən 10 milyon avro qazanıb.

Fərqli adla eyni stadionda keçirilən cavab matçında bu səfər “İnter” ev sahibi kimi çıxış edəcək. İtaliya klubu ilk oyunda rəqibini 2:0 hesabı ilə məğlub edərək, böyük üstünlük əldə edib.

Rəhbərlik bu görüşə daha böyük azarkeş kütləsi cəlb edərək, ötən matçdakı bilet satışı rekordunu qırmağa hazırlaşır.

Tərəflər arasında cavab oyunu mayın 16-da keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43