Ölkə futbolu

“İnter” – “Mladost” matçının hakimləri bəlli oldu

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "İnter" – "Mladost" qarşılaşmasının hakimləri müəyyənləşib. 

İdmanxeber.com saytının məlumatına görə, Bakıda keçiriləcək görüşü ukraynalı hakimlər idarə edəcək.

İyulun 6-da baş tutacaq matçın baş hakimi Nikolay Balakin olacaq. Ona həmyerliləri – Vladimir Volodin və Aleksandr Korniyko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək.

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "İnter" – "Mladost" oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43