Kateqoriyasız

“İnter” “Neftçi” ilə oyuna bir itki ilə başladı

Premyer Liqanın XXIX turunda istirahət edəcək “İnter” bu gün bir  araya gəlib.

İdmanxeber.com-un məlumatına görə, komandaya verilən istirahət bu gün başa çatıb. Ölkə kubokunun yarımfinalında “Neftçi” ilə qarşılaşacaq komanda dünəndən oyunun hazırlıqlarına başlayıb. Komandada yeganə itki gürcüstanlı futbolçu Aleksandr Amisulaşvili ilə bağlıdır. Gürcüstan millisinin heyətində zədə alan futbolçu bir müddət komandadan uzaq qalacaq. Digər zədəli Coşqun Diniyev isə komanda ilə məşqlərə başlayıb.

Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu aprelin 13-də keçiriləcək. Oyun saat 19.00-da başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43