Kateqoriyasız

“İnter” “Neftçi”nin bombardirindən imtina etdi

“İnter” “Neftçi”dən ayrılan Bahodir Nasimovdan imtina edib.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Bank klubunun düşərgəsinə zədəli formada qoşulan özbəkistanlı forvard həkim müayinəsindən keçib. Nəticədə Nasimovun ən yaxşı halda avqust ayında komandaya kömək edə biləcəyi açıqlanıb.

Məhz “bankirlər” bundan sonra Nasimovdan imtina ediblər. 

Avroliqa öncəsi hücumçu axtarışlarını davam etdirən “İnter” Nasimovdan əlini üzdükdən sonra, diqqətini yenidən forvard axtarışına yönəldib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43