16 Sentyabr 2024
Kateqoriyasız

“İnter” “Neftçi”nin futbolçusunun transfer etmək üçün hərəkətə keçdi

“İnter”in əvəzedici komandası “Şəfa” stadionunda təlim-məşq toplanışını davam etdirir.

Dünən komanda növbəti yoxlama matçını keçirdi və həmin oyunda MOİK-i 6:1 hesabıyla məğlub etdi. Əvvəlki matçlarda olduğu kimi, ilk dəqiqələrdən qapını Eyyub Əliyev qorudu. Əvəzedici komandanın baş məşqçisi Rüstəm Əliyev gənc qapıçının gələcəyi barədə danışdı:

“Eyyub bizimlə olduğu müddətdə özünü yaxşı tərəfdən göstərdi. Onun komandada qalmasını istərdim. Lakin onun gələcəyi barədə dəqiq danışa bilmirəm, axı öncə onun icarəsi barədə MOİK rəhbərliyilə danışmaq lazımdır. Ümid edirəm ki, bu məsələdə ümumi razılığa gələ biləcəyik”.

Qeyd edək ki, Eyyub Əliyev əvvəllər “Neftçi” və “Simurq” komandalarında çıxış etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43