Milli komanda Ölkə futbolu

“İnter”in oyunçusu millimizə qarşı oynamaya bilər – Xorvatiyada daha bir itki

İtaliyanın “İnter” klubun oyunçusu  Marselo Brozoviç zədələnib. O, A Seriyasının növbəti turunda SPAL-a qarşı keçirilən matçada zədələnərək ağlayaraq meydanı tərk edib.

Xorvatiya millisinin üzvü Azərbaycan yığmasına qarşı oynama ehtiamlının az olduğu bildirilir.

Qeyd edək ki, Xorvatiya yığmasında artıq 5-ci ciddi itkidir. Brozoviçdən əvvəl digər zədəlilər – Şime Vrsalko, Marko Pyatsa, Yosip Pivariç və cəzalı Deyan Lovrenin komandamıza qarşı oynamayacağı açıqlanıb. Bundan başqa, komandanın əsas hücumçularından Ante Rebiç də dizindəki zədəyə görə Azərbaycanla görüşü buraxa bilər.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan görüşü martın 21-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43