Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Tura Gəncədə start veriləcək. Burada "Kəpəz" "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək.
Günün son oyununda isə "İnter" "İnter Arena"da "Sumqayıt"la üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
XXII tur
13 mart (bazar ertəsi)
15:00. “Kəpəz” – “Zirə” 1:0
QOL: Julian Ebah, 56 (1:0)
Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
18:00. “İnter” – “Sumqayıt” 1:0
QOL: Nicami Hacıyev, 40 (1:0)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
“İnter Arena”