Kateqoriyasız

“İnter” Qəbələdədi

Məlum olduğu kimi, ayın 23-də Premyer Liqanın 27-ci turunun görüşləri keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, “İnter” Qəbələ şəhərində eyniadlı klubla üz-üzə gələcək.

Dünən axşam saatlarında komanda oyunun keçiriləcəyi şəhərə gəlib. “Qafqaz Sport Hotel”də məskunlaşmış Kaxaber Sxadadzenin yetirmələri bu gün 15.00-da matçın baş tutacağı Qəbələ şəhər stadionunda oyunöncəsi məşqə çıxacaq.

Qeyd edək ki, “Qəbələ” – “İnter” qarşılaşması martın 23-də baş tutacaq. Bu görüş 15.00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43