Ölkə futbolu

“İnter” qələbəni 5 qolla qazandı

Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən “İnter” yoxlama oyunu keçirib.  

İdmanxeber.com xəbər verir ki, “bankirlər” “Zirə” ilə qarşılaşıb. “İnter Arena”da keçirilən matçda  Zaur Svanadzenin komandası 5:1 hesabı ilə qalib gəlib.   Nizami Hacıyev oyunda dubl edib. Pərdis Fərcad-Azad, Slavik Alxasov və Məmməd Quliyev hərəyə 1 dəfə fərqləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43