Dünya futbolu

“İnter” satıldı!

İtaliya “İnter”inin prezidenti Massimo Moratti klubun səhmlərini satıb.

Səhmlərin yeni sahibi indoneziyalı iş adamı Ertik Tohirdir.

Bu xəbəri Moratti yerli mətbuata açıqlamasında təsdiqləyib: 

“Lazımı sənədlər imzalanıb. Bir neçə saatdan sonra bununla bağlı klubun rəsmi saytında press-reliz yerləşdiriləcək. Sevinirəm ki, uzun sürn bu proses başa çatdı. Prezident postunda qalacağammı? Hələ ki, bilmirəm. Hərçənd, bu, məndən asılıdır. Klubu çox sevirəm. Ancaq onu etibarlı əllərə verdiyim üçün özümü rahat hiss edirəm. Artıq yeni həyat ritminə uyğunlaşmalıyam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43