Ölkə futbolu

“İnter” səfərdə “Neftçi”ni məğlub etdi

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXIII tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma baş tutub. “Neftçi”nin əvəzediciləri öz meydanında “İnter”i qəbul edib. Matç qonaqların minimal hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, turun digər oyunları 18, 19 mart tarixlərində baş tutacaq.

“Neftçi” 0-1 “İnter”

QOL: Slavik Alxasov, 33


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43