İdman

“İnter” son dəqiqədə xilas oldu

“İnter” bu gün  təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Antalyada hazırlıq keçən Zaur Svanadzenin komandası Rusiya Premyer Liqasında mübarizə aparan “Orenburq” klubu ilə qüvvəsini sınayıb. 

Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.  “Bankirlər”i məğlubiyyətdən xilas edən qolu 90-cı dəqiqədə Pərdis Fərcad-Azad vurub.

Qeyd edək ki, “İnter” əvvəlki yoxlama matçlarında “Ordabaşı” (Qazaxıstan) ilə 0:0, “Botoşani” (Rumıniya) ilə komandası ilə 1:1 hesablı heç-heçə edib, Tacikistanın “İstiqlol” klubuna isə qalib gəlib – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43