Premyer Liqa

“İnter” “Sumqayıt”la oyuna hazırlaşır: məşqdə nələr oldu?

Məlum olduğu kimi, "İnter" Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Sumqayıt"ı qəbul edəcək. Dünən bankirlər" hazırlıq planına uyğun oalraq saat 17:00-da məşqə çıxıb.

Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar, məşq prosesi asma və qapıya zərbələrlə davam edib.

Qeyd edək ki, "İnter" – "Sumqayıt" matçı dekabrın 14-də keçiriləcək və saat 17:00-da başlayacaq.

(klub saytı)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43