Ölkə futbolu

“İnter” türk klubunu darmadağın etdi

Məlumat verdiyimiz kimi, “İnter” Türkiyədə toplanışdadır.

İdmanxeber.com-un məlumatına görə, dünən komanda toplanış çərçivəsində növbəti yoxlama matçını keçirdi.

Türkiyə təmsilçisi “Gənclərbirliyi”-nin ikinci komandasıyla görüşdə “İnter” 4-0 hesabıyla qalib gəldi. Komandamızın heyətində Samir Zərgərov(2), Fuad Bayramov və Mirhüseyn Seyidov fərqləndilər.

Xatırladaq ki, ötən yoxlama matçlarında “İnter”  Türkiyə Superliqa təmsilçisi “Kasımpaşa” ilə (2:1) və “Elazığspor” (0:0) ilə qarşılaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43