Dünya futbolu

“İnter” Türkiyə millisinin üzvünü istəyir

Türkiyə millisinin müdafiəçisi Merih Demiral “Atalanta”dan ayrıla bilər.

İdmanxeber.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, “İnter” müdafiəçinin xidmətində maraqlıdır. Milan klubu “Atalanta” ilə danışıqlaranı davam etdirir.

Xəbərdə “İnter” rəhbərliyinin Türkiyə millisinin üzvündən vaz keçməyəcəyi bildirilib.

Merih 2 mövsüm “Yuventus” klubunda çıxış edib. O, 21 milyon avro qarşılığında “Atalanta”ya keçib. Onun klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43