Kateqoriyasız

“İnter” Türkiyədə qələbəyə sevindi

Xəbər verdiyimiz kimi, “İnter”in U-12 komandası Türkiyənin Antalya şəhərində keçirilən “The children champion cup Lukoil” yarışında iştirak edir. 

Klub saytına istinadən verdiyimiz xəbərə görə, ötən gün turnirin ikinci oyun günü idi. 

Təmsilçimiz növbəti görüşdə “Mardan” stadionunda Bolqarıstanın “Slaviya” klubuyla üz-üzə gəlib. Bu qarşılaşma “İnter”in 2:0 hesablı qələbəsilə başa çatıb.

Bu qələbədən sonra komanda xal ehtiyatını 6-ya çatdırıb və bu nəticə ilə turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, İlk görüşdə Türkiyənin “Qalatasaray” klubuna (1:0) məğlub olan Vaqif Hidayətovun yetirmələri sabah sonuncu görüşlərə çıxacaqlar.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43