Ölkə futbolu

“İnter” Türkiyədə

Türkiyədə təlim-məşq toplanışı keçirəcək Bakının "İnter" klubu artıq Antalyadadır.

Klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Antalyanın Bələk bölgəsində məskunlaşan komanda səhər saatlarında ilk məşqinə çıxacaq. Hazırlıq planına əsasən futbolçular əvvəl fitnes zalında çalışacaqlar, daha sonra isə meydana çıxacaqlar.

Qeyd edək ki, "İnter"in Antalyadakı toplanışı ayın 25-nə kimi davam edəcək. Əlavə edək ki, təlim-məşq toplanışı çərçivəsində komanda 5 yoxlama görüşü keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43