Ölkə futbolu

“İnter” üçün 2014-cü ildə ilk dəfə…

Bakının “İnter” klubunun məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqasının 26-cı turunda “Qarabağ”a məğlub olan Kaxaber Sxadadzenin yetirmələri 2014-cü ildə ilk dəfə xalsız qalıb.

Bakılılar sonuncu dəfə 86 gün əvvəl “Qarabağ”a 0:2 hesabı ilə uduzmuşdu. Ötən il dekabrın 20-də 18-ci turda səfərdə yenilən “İnter” öz meydanında daha ağır məğlubiyyət alıb – 0:3.

Sonuncu dəfə 2010/11 mövsümündə böyükhesabla uduzan paytaxt təmsilçisi 4 ildən sonra belə nəticəyə üzülüb. “İnter” 1247 gün əvvəl – 2010-cu il oktyabrın 16-da AZAL-la səfər oyununda 5 cavabsız qol buraxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43