02 Oktyabr 2024
Kateqoriyasız

“İnter” üçün Geteborq – Burosa

Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşü çərçivəsində səfərdə “Elfsborq”la qarşılaşacaq “İnter”in İsveç planı hazırdı.

İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun verdiyi məlumata görə, komanda sabah təyyarə ilə Geteborqa uçacaq. Oradan da avrobus ilə matçın keçiriləcəyi Burosa şəhərinə yollanacaq “İnter” yerli vaxtla saat 18:00-da matç öncəsi məşqə çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43