Kateqoriyasız

“İnter” üçün iki məşq

Məlumat verdiyimiz kimi, “İnter” komandası təlim-məşq toplanışı keçirmək məqsədilə Türkiyəyə gəlib.

“Bankirlər” dünən Türkiyədə hazırlıqlara başlayıb.

Türkiyə toplanışının birinci günü iki məşq prosesini əhatə edib. Futbolçular səhər baş tutan çalışmalara  trenajor zalından başlayıblar.

Daha sonra oyunçular meydana çıxıblar. Fiziki xarakterli məşq isinmə hərəkətlərindən, müxtəlif məsafələrə qaçışdan və digər fiziki hərəkətlərdən ibarət olub.

Axşam məşqindəsə futbolçular daha çox topla məşq ediblər, sonra ikitərəfli oyun keçiriblər.

Qeyd edək ki, sabah da iki məşqin keçirilməsi planlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43