Ölkə futbolu

“İnter” UEFA-ya şikayət edir: “Peşəkarlığa sığmayan hərəkətə yol verdilər”

Bakının “İnter” klubu Macarıstanın “Haladaş” klubundan UEFA-ya şikayət etmək fikrindədi.

Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.

Klub rəsmisi bildirib ki,  “İnter”lə yoxlama oyunu keçirməkdən imtina edən Sombathey təmsilçisinin addımından narazı qalaraq komanda bu addımı atmaq niyyətindədi.

“Bəli, bu məlumat doğrudur, Macarıstan komandası peşəkarlığa sığmayan hərəkətə yol verdilər. Oyuna bir gün qalmış yoldaşlıq matçından imtina etmələrini məhz belə qiymətləndirmək olar. Ali futbol qurumunun məsələyə hüquq qiymət verməsini xahiş edəcəyik“.

Məmmədov daha sonra bildirib ki, “İnter” tərəflər arasında bağlanmış müqaviləni nəzərə alıb “Haladaş”ı UEFA-ya şikayət etmək istəyir. Çünki bu görüşün baş tutmaması komandanın hazırlıq planına təsir edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43