Kateqoriyasız

“İnter” Valter Mazzari ilə yollarını ayırdı: Mançini qayıdır- RƏSMİ

“İnter” Valter Mazzari ilə yollarını ayırdı.

İdmanxeber.com-un məlumatına görə, Milanın “İnter” klubunun rəsmi internet saytından verilən açıqlamaya görə baş məşqçisi Valter Mazzari ilə yollar ayırılıb. İtalya klubu artıq Mazzarinin əvəzləyicisinidə tapıb. Kluba bundan sonra “Qalatasaray”ın keçmiş baş məşqçisi Roberto Mançini başçılıq edəcək.  2 illik müqavilə bağlayacağı deyilən Mançini komandanı baş məşqçi olaraq Milan derbisinədə çıxaracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43