Premyer Liqa

“İnter” və AZAL qalib gəldi, “Bakcell Arena”dan qol səsi gəlmədi- YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasının XIV turuna start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

Biləcəridə "İnter" "Bakı"nın, Şüvəlanda isə "Sumqayıt" AZAL-ın qonağı olacaq. 

Turun mərkəzi qarşılaşması isə "Bakcell Arena"da baş tutacaq. Burada "Neftçi" qeyri-stabil çıxışı ilə yadda qalan "Qəbələ"ni sınağa çəkəcək. 

Qeyd edək ki, tura sabah keçiriləcək “Simurq” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

29 noyabr (şənbə)

14:00 "Bakı” – "İnter” 0:1
Qol: Mikel Alvaro, 40 (0:1)

15:00 AZAL – "Sumqayıt” 3:2
Qollar: Rəşad Abdullayev, 39 (1:0), Orxan Əliyev, 45 (1:1) Tofiq Mikayılov, 51 (1:2) Viktor İqbekoyi, 63 (2:2) Novruz Məmmədov, 73 (3:2)

"Neftçi” – "Qəbələ” 0:0

"Bakcell Arena”, 17:00


30 noyabr (bazar)

"Simurq" – "Qarabağ"

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Mübariz Haşımov, Teymur Fərhadov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Fazil Mürşüdov

Zaqatala şəhər stadionu, 17:00

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43