Premyer Liqa

“İnter” və “Zirə”dən qələbə

Bu gün Azərbaycan Premyer Liqada 10-cu tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk görüşü Zirədə keçiriləcək. Burada yerli "Zirə" komandası "Kəpəz"i sınağa çəkəcək. Hər iki komanda buna qədər eyni sayda xal toplayıb. Ona görə də bugünkü matçda qələbə həm "Zirə"yə, həm də "Kəpəz"ə çox lazımdır.

Turun qapanış matçı isə hələ ki, məğlub olmayan "İnter"lə Samir Abbasovun başçılıq etdiyi "Sumqayıt" komandaları arasında olacaq.30 oktyabr 

Premyer Liqa, X tur

16:00.“İnter” – “Sumqayıt” – 3:1 
Qol: 
Mirabdulla Abbasov, 3 (0:1), Zurab Xızanaşvili, 21 (1:1), Nizami Hacıyev, 55 (2:1), 80 (3:1)

Hakimlər:  Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov

"İnter Arena" 



14:00.“Zirə” – “Kəpəz” – 2:0 
Qol: 
Cavid Tağıyev, 69, Elvin Məmmədov, 82-pen.

Qırmızı vərəqə: Tural Axundov, 69 ("Kəpəz")

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov

Zirə İdman Kompleksi

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43