Ölkə futbolu

“İnter” və “Zirə”nin rəqibləri müəyyənləşdi (YENİLƏNİB)

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələlərin in püşkü atılacaq.

İdmanxeber.com-un məlumatına görə, mərasimdə Azərbaycan təmsilçilər – "Qəbələ", "İnter" və "Zirə"nin rəqiblərinin adlarına aydınlqı gələcək. 

"İnter" və "Zirə" mübarizəyə I, "Qəbələ" isə ikinci təsnifat mərhələsindən başlayacaq. Hər 3 təmsilçimiz püşk zamanı "səpələnmişlər" səbətində yer alacaq. Bu isə onların nisbətən zəiflərə rəqib olması deməkdi.

I təsnifat mərhələsində 100 komanda çıxış edəcək. Ermənistan təmsilçiləri "səbələnməmişlər" sırasında yer alsa da, qaydalara əsasən klublarımıza rəqib olmayacaqlar. 

I təsnifat mərhələsinin 50 qalibi II təsnifat mərhələsinə vəsiqə qazanacaq. İlk mərhələdəki 50 cütlükdən 21 "səpələnmiş", 29-u "Səpələnməmiş" olacaq. "İnter" mərhələ adlayacağı halda yenə "Səpələnmişlər" sırasında yer alacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

"Zirə" – “Differdanj” (Lüksemburq)
"İnter" – "Mladost" (Serbiya)

II təsnifat mərhələsi

Səpələnmişlər: “Qalatasaray” (Türkiyə), “Astra” (Rumıniya), “Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Mlada Boleslav” (Çexiya), “Luzern” (İsveçrə), “Brondbü” (Danimarka), “Qəbələ” (Azərbaycan), “Aberdin” (Şotlandiya), “Utrext” (Hollandiya), “Şturm” (Avstriya), “Panionios” (Yunanıstan)

Səpələnməmişlər: “Bney Yehuda” (İsrail), “Dinamo” (Brest, Belarus), “Ostersun” (İsveç), “Brann” (Norveç)

“Zirə”nin potensial rəqibləri: “Sutyeska”, “Differdanj”, “Çixura”, “Atlantas”, “Pelister”.
"İnter"in potesial rəqibləri: “Şkendiya”, “Qoritsa”, “Mladost”, “Tirana”, “Torpedo”.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixləri arasında baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43