İdman

“İnter” vətənə döndü

Məlumat verdiyimiz kimi Gürcüstanda təlim-məşq toplanışını keçirən “İnter” artıq Bakıya dönmək üzrədir.

İdmanxeber.com-un məlumatına görə, dünən komanda axşam məşqində ikitərəfli oyun keçirdi. 

Sentyabrın 4-də “İnter Arena” stadionunda bir araya gələcək “bankirlər” 4-cü turun oyununa hazırlaşacaq. Əlavə edək ki, toplanış çərçivəsində Gürcüstanın “Samtredia” ilə qarşılaşan paytaxt klubu 2:0 hesabıyla qalib gəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43