Ölkə futbolu

“İnter” vətənə nə zaman dönəcək?

Dünən Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Mladost”klubunu 3:0 hesabı ilə məğlub edən “İnter”in vətənə dönəcəyi tarix məluma olub.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Musayevin idmanxeber.com-a verdiyi məlumata görə, komanda bu gün səhər Luçanidə məşq edəcək. Günorta saatlarında avtobusla Belqrada gedəcək paytaxt təmsilçisi oradan İstanbula uçacaq. Komandanın Bakıya səhər saat 5:20-də çatacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43