Ölkə futbolu

“İnter” – “Xəzər Lənkəran” matçı canlı yayımda

Sabah Premyer Liqanın 16-cı turunda “İnter” doğma meydanda “Xəzər Lənkəran”ı qəbul edəcək.

Mustafa Dənizlinin Premyer Liqada debüt oyunu canlı yayımlanacaq. Matç “İnter”in rəsmi “youtube” kanalı vasitəsilə futbolsevərlərə nümayiş etdiriləcək.

Qeyd edək ki, matç “Şəfa” stadionunda keçiriləcək və saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43