Kateqoriyasız

“İnter” – “Xəzər Lənkəran”: nə Tounkara, nə də Sanko…

“Sumqayıt” üzərində 3:2 hesablı əzmkar qələbədən sonra fasilə vermədən növbəti turun hazırlığına start verən “ Xəzər Lənkəran” məşqlərini yekunlaşdırmaq üzrədir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, dördüncü dövrənin ilk turunda “İnter”in qonağı olacaq komanda Lənkərandakı hazırlığını tamamlayıb.

Sabah paytaxta yola düşəcək “ Xəzər Lənkəran” dincəldikdən sonra   oyunöncəsi son məşqini “ İnter Arena”da keçirəcək. 

Heyətdə zədəli futbolçu olmasa da, Sadio Tounkara və Alfred Sanko cəza səbəbindən bu “İnter”lə matçda “Xəzər Lənkəran” kömək edə bilməyəcəklər.

Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” qarşılaşması aprelin 5-i, saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43