Ölkə futbolu

“İnter” “Xəzər Lənkəran”la oyuna hazırdı

Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “İnter” Lənkəranda yerli “Xəzər-Lənkəran” komandası ilə üz-üzə gələcək. Komanda dünən Lənkəran şəhərinə gəlib və dərhal matçın keçiriləcəyi şəhər stadionunda məşqə çıxıb. Yüngül təmrinlərdən ibarət məşq prosesi  bir saat çəkib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular topla çalışıblar. Məşqdən dərhal sonra “İnter” “Qafqaz Sahil Otel”linə yollanıb. Qeyd edək ki, “Xəzər-Lənkəran” – “İnter” qarşılaşması bu gün 16.00-da başlayacaq.(klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43