Kateqoriyasız

“İnter” yarımçıq qalan oyunda qələbə qazandı – YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasının 28-ci turuna yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, dünən başa çatmalı tur, paytaxtımızda yağan qar ucbatından bu gün "Şəfa"da bitəcək. 

11-ci dəqiqədə dayandırılan "İnter" – "Rəvan" oyunu qaldığı yerdən davam etdiriləcək.

Topaz Premyer Liqası, 28-ci tur

 

17.00 İnter – Rəvan 3:0
Qol: Baçana Sxadadze, 25, İaşvili, 66, Mikel Alvaro, 90

Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov

AFFA nümayəndəsi: Telman Əzizov

Hakim-inspektor: Rövşən Əhmədov

“Şəfa” stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43