Ölkə futbolu

“İnter” yoxlama matçında qalib gəldi

Məlumat verdiyimiz kimi, Türkiyə toplanışını başa vuraraq Vətənə qayıdan "İnter" növbəti mövsümə hazırlıqlarını Bakıda davam etdirir.

 

İdmanxeber.com-un məlumatına görə, dünən "İnter" Bakı Olimpiya Stadionunun yardımçı meydançasında "Qaradağ-Lökbatan" FK ilə yoxlama matçı keçirdi.
Oyun 2:0 hesabıyla "bankirlər"in xeyrinə başa çatdı.
"İnter"in heyətində Rauf Əliyev və Adrian Skarlatake fərqləndilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43