Ölkə futbolu

“İnter” “Zirə”yə qarşı

Türkiyəin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, “qartallar” Boluda toplanışda olan Bakı “İnter”i ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, ”İnter” artıq Boluda ilk yoxlama oyununu keçirib. Kamerunun “Colombe Sportive du Dja et Lobo” klubu ilə qarşılaşan paytaxt təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, həm “İnter”, həm də “Zirə” bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43