İtaliyanı Çempionlar Liqasında təmsil edəcək “İnter” Antonio Konte ilə anlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, Luçano Spaletti ilə yollarını ayıracağı gözlənilən Milan təmsilçisi dərhal Konte ilə müqavilə bağlayacaq. Sözləşmənin müddəti 3 il olacaq. Konte “İnter”də ilinə 12 milyon avro qazanacaq.
Qeyd edək ki, Kontenin son iş yeri “Çelsi” olub.