Kateqoriyasız

“İnter”də ciddi itki

FutbolPress“İnter” itki ilə üzləşib.

Milan təmsilçisinin yarımmüdafiəçisi Roberto Qalyardini sıradan çıxıb.

O, A Seriyasının XIV turunda SPAL-a 2:1 hesabıyla qalib gəldikləri qarşılaşmada zədə alıb. Həkim müayinəsindən keçən futbolçunun ayağındakı zədənin ciddi olduğu bildirilir.

Bu səbəbdən o, bor müddət yaşıl meydanlardan kənar qalacaq. 25 yaşlı futbolçunun dəqiq nə vaxt sıraya dönəcəyi bilinmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43