Dünya futbolu

“İnter”də qalacam” – İnzaqi

“İnter”in baş məşqçisi Simeone İnzaqi klubdakı gələcəyindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis Milan klubunda xoşbəxt olduğunu bildirib:

“İnter”də qalacammı? Əlbəttə, yüz faiz. Bununla bağlı heç bir narahatçılığım yoxdur. Klubla 2024-cü ilə qədər müqaviləm var”.

İnzaqi 2021-ci ildə “İnter”in baş məşqçisi olub. 47 yaşlı italiyalı mütəxəssisin hazırkı müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır.

İnzaqinin rəhbərliyi altında “İnter” İtaliya kubokunu və Superkubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43