Dünya futbolu

“İnter”də baş məşqçi dəyişikliyi

İtaliyanın “İnter” klubu yeni baş məşqçisini tapıb. 

İdmanxeber.com-un məlumatına görə, komandaya holandiyalı çalışdırıcı Frank de Bur rəhbərlik edəcək.

Artıq tərəflərin bir-biriylə anlaşdığı yazılıb. Müqavilə müddətinin 3 il olacağı bildirilir.
Qeyd edək ki, italiyalı mütəxəssis Roberto Mançini “İnter”in yoldaşlıq görüşündə İngiltərə “Tottenhem”inə 1:6 hesablı məğlubiyyətdən sonra komandadan göndərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43