Ölkə futbolu

“İnter”də imtinalar davam edir: “Brugge”nin futbolçusuna da “yox” dedilər

"İnter" daha bir futbolçusundan imtina edib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Bahodir Nasimovun ardından Bank klubu baxışda olan Yelle de Bok da paytaxt klubunda qalmayacaq.

Məsələ burasındadır ki, elə komandada məşq edərkən zədələnən Yellenin zədəsi ciddidi və onun "İnter"ə Avropa Liqasında kömək edə bilməyəcəyi dəqiqdi. Məhz buna görə, "bankirlər" onlara Avropa Liqasında kömək edə biləcək hücumçu axtarırlar. Sxadadze zədə səbəbindən Bahodir Nasimovun ardından, "Brugge"nin yetirməsi olan Yelle de Bokdan da imtina edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43