Ölkə futbolu

“İnter”də seleksiya prosesi başa çatdı

İnter”in Uşaq-Gənclər Futbol Məktəbi 5-15 yaşlı uşaq və yeniyetmələr arasında seleksiya məşqləri keçirib.

İdmanxeber.com-un məlumatına görə, UGFM-nin direktoru Rövşən Babayev klubun rəsmi saytına açıqlamasında iki günü əhatə edən seçimlərdə ümumilikdə 496 nəfərin qatıldığını bildirib.

2007-ci ildən bu günədək İnter Uşaq-Gənclər Futbol Məktəbində belə kütləvi xarakterli seçimlərin olmadığını vurğulayan R. Babayev regionlardan da uşaq və yeniyetmələrin də qatılmasından sevinc duyduqların əlavə edib.

R.Babayev seleksiya məşqlərini uğurla həyata keçirən məşqçilərə – Azər Cabbarova, Xəyyam Bəkirova, Arif Əmirxanova, Elmir Mirzəyevə, Vaqif Hidayətova, Vəli Hüseynova, Eldar Ağaxanova, Xəyal Mustafayevə, o cümlədən Xaçmaz rayonundan gəlmiş məşqçilərə – Zöhrab Mahmudova və Rəcəb Mahmudova, habelə məktəbin rəhbər heyətinin üzvlərinə – Rüstəm Əliyevə və qapıçılar üzrə koordinator Rauf Mehdiyevə təşəkkürünü bildirib.

Xatırladaq ki, UGFM-in U-19 komandasına seleksiya xarakterli məşqlər may ayının 26 və 27-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43