Ölkə futbolu

“İnter”dən ayrılan futbolçu: “Burada mən çox şeyi öyrəndim”

Ötən həftə “İnter”lə yollarını rəsmən ayıran Daniel Genov klubun rəsmi saytına açıqlama verib.

Hazırda bolqarıstanlı futbolçu “İnter”də çox şey öyrəndiyini bildirib:

“Mən “İnter”də ömrüm boyu xatırlayacağım bir neçə il keçirdim. Azərbaycanda hər şey xoşuma gəlirdi. Klub haqqında da eyni sözləri deyə bilərəm. Burada mən çox şeyi öyrəndim. “İnter”də unudulmayan illər keçirdim.

Bu klub mənə çox şey verdi və oradan ayrılmaq elə də asan olmadı. Hazırda karyeramı davam etdirmək üçün bir neçə variantım var. Hansı klubda çıxış edəcəyim barədə hələlik qərar qəbul etməmişəm, ancaq tezliklə hər şey müəyyənləşəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43