Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək "İnter" növbəti futbolçunun keçidini rəsmiləşdirib.
İdmanxeber.com-a daxil olan məlumata görə, "bankirlər" "Bakı"nın futbolçusu Elvin Məmmədovu transfer edib.
Bank klubu Məmmədovla bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, "İnter" bundan öncə "Sumqayıt"dan Mirzağa Hüseynpurun keçidini rəsmiləşdirmişdi.