Ölkə futbolu

“İnter”dən rəsmi açıqlama: Oyuna avtobus olacaq, mətbuat konfransına yox!

İyulun 6-sı UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “İnter” “Dalğa Arena”da Serbiya “Mladost”unu qəbul edəcək.
İdmanxeber.com saytına açıqlamasında “bankirlər”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov oyun günü jurnalistlər üçün avtobusun ayrılacağını bildirdi: “İyulun 6-sı avtobus jurnalistləri hansı yerdən götürübsə, geri də qaytaracaq. Lakin saat neçədə və harda görüş olacağı barədə irəliləyən vaxt ərzində “facebook” səhifəmizdə məlumat yazacağam. Sabah baş tutacaq mətbuat konfransına isə avtobus ayıra bilmirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43