Dünya futbolu

“İnter”ə şok cəza!

İtaliya Futbol Federasiyası ölkə çempionatının V turunda keçirilən “İnter” – “Yuventus” matçı barədə qərar qəbul edib.

Qərara əsasən, “İnter” azarkeşlərinin “Yuventus”un futbolçusu Paul Poqba və Asamoaha qarşı irqçi şuarlar səsləndirdiyinə görə, Milan təmsilçisinin stadionunun bir hissəsi bir oyunluq bağlanıb.

Qeyd edək ki, “İnter” növbəti turda “Fiorentina” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43