Ölkə futbolu

“İnter”i hollandların babalı tutdu

Antalyada təlim-məşq toplanışında olan “İnter” növbəti yoxlama oyununu keçirib.

"Bankirlər"in budəfəki rəqibi Almaniya III liqasında mübarizə aparan “Holşteyn Kil” klubu olub. İlk oyunda Hollandiyanın KWC klubuna 8:0 hesabı ilə qalib gələn Sxadadzenin yetirmələri eyni uğuru bu dəfə təkrarlaya bilməyiblər.

Belə ki, paytaxt klubu almanlar önündə əlacsız qalıb – 0:3.

Komandamız Türkiyə toplanışı dönəmində daha 3 yoxlama matçı da keçirməyi planlaşdırır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43