Premyer Liqa

“İnter”in 25-ci ev qələbəsi

Bakının “İnter” klubu Azərbaycan kubokunda yubiley ev qələbəsini qazanıb.

İdmanxeber.com-un məlumatına görə, 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la “İnter Arena”dakı matçında əldə olunan 5:1 hesablı uğur turnirdə 25-ci zəfər olub. Bakılılar bunu 41-ci matçda gerçəkləşirib. Bunadək öz meydanında keçirdiyi 40 qarşılaşmada 24 dəfə qalib gələn “İnter” 25-ci qələbəyədək 9 heç-heçə və 7 məğlubiyyət də yaşayıb. Komanda bu müddətdə 82 qol vurub 35-ni buraxıb. Görüşdə vurulan 3-cü qol 80-ci ev topu olub ki, bunun da müəllifi Rauf Əliyevdir.

Qeyd edək ki, “İnter” Azərbaycan kubokunda evdə ən çox qələbə qazanan 5 komandadan biridir. Paytaxt təmsilçisi 25-ə çatmaqla, “Bakı” ilə eyni göstəriciyə malikdir. Onlar yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43