03 Oktyabr 2024
Kateqoriyasız

“İnter”in Avroliqadakı rəqibindən əzmkar oyun

UEFA Avropa Liqasının ikinci təsnifta mərhələsi çərçivəsində Bakı “İnter”inin rəqibi olan İsveçin “Elfsborq” klubu ölkə çempionatında növbəti matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, “Elfsborq” İsveçi Avroliqada təmsil edən digər komanda – “Brommapokarno” klubu ilə üz-üzə gəlib. İlk hissəsi qolsuz başa çatan oyunun ikinci yarısında 4 qol vurulub. Qonaqlar ikinci yarıda 2 top vuraraq önə keçmələrinə rəğmən “İnter”in rəqibi sona 10 dəqiqə qalmış əzmkar oyunla hesaba tarazlıq gətirə bilib – 2:2. “Elfsborq”un heyətində Rohden və Holmen fərqlənib.

Bu heç-heçə ilə “Elfsborq” hazırda 4-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43