02 Oktyabr 2024
Kateqoriyasız

“İnter”in Avroliqadakı rəqibinin əzmkar oyununa, azarkeşlərinə və stadionuna baxın – VİDEO

Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan “Elfsborq” İsveç çempionatında növbəti matçını keçirib.

İdmanxeber.com-un məlumatına görə, “bankirlər”in rəqibi doğma meydanda “Brommapoykarna” ilə qarşılaşıb.

80-ci dəqiqəyə kimi 0:2 hesabı ilə geridə olan “Elfsborq” sona 10 dəqiqə qalmış 2 qol vuraraq məğlubiyyətdən qaça bilib – 2:2.

Qeyd edək ki, “Elfsborq” 14 turdan sonra 25 xalla dördüncü yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43