Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək "İnter"in hansı səbətdə yer alacağı və potensial rəqibləri müəyyənləşib.
İdmanxeber.com-un mməlumatına görə, "bankirlər" səpələnmişlər səbətində yer alacaq. Aktivində 4,325 xal olan Sxadadzenin yetirmələri ilk mərhələdən mübarizəyə başlayacaq.
Paytaxt klubu ilə eyni səbətdə “Rusenborq” (Norveç), “Höteborq” (İsveç), “Zimbru” (Moldova) və bu kimi digər güclü komandalar var.
Bank klubunun potensial rəqiblərinin sayı 39-du. Lakin təmsilçimizin qarşılaşa biləcəyi 24 zəif komandalar aşağıdakılardı.
Moldovadan “Veris”, Maltadan “Hibernian”, “Slima”, İslandiyadan “Fram” , Styarnan, Qazaxıstandan “Astana”, "Kayrat", Farer Adalarından “Vikinqur”, “Torshavn”, “Fulafyordur”, İrlandiyadan “Derri”, “Dandalk”, Finlandiyadan “VPS Vaasa”, UELS-dən “Eyrbas”,Litvadan “Banqa”, “Atlantas”, Latviyadan “Dauqava”, Estoniyadan “Kalev”, “Santos” San-Marinodan “Libertas”, Cəbəllütariqdən "Kollej", Şimali İrlandiyadan “Qlenavon” və Andorradan “Santa Koloma” komandaları var.
"İnter"in digər 14 potensial rəqibi isə yaxın günlərdə bəlli olacaq.