Dünya futbolu

“İnter”in baş məşqçisi: “Messinin transferini xəyal etmək xoşdur”

“İnter”in baş məşqçisi Stefano Pioli komandasının “Barselona”nın hücumçusu Lionel Messini transfer edəcəyi haqda yayılan xəbərləri şərh edib.

İdmanxeber.com-un məlumatına görə, Pioli bu keçid barədə xəyal etməyin xoş olduğunu söyləyib:

“Erik Tohir və “Suning Group”un rəhbəri Çjan Tsindun daim kluba dəstək verirlər. Onların ambisiyaları yüksəkdir. Məqsədləri “İnter”ə əvvəlki gücünü qaytarmaqdır.

Messinin transferi? Xəyal etmək xoşdur. Lakin indi bu barədə düşünmək üçün vaxtımız yoxdur. Real durum haqda fikirləşməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43